“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
Kiyev, 21 iyul, AZƏRTAC
Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar bunlardır: Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedib, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası 6,3 faiz səs toplaya biliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır