×
A
A
A
Sazlamalar

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

İstanbul, 20 iyul, AZƏRTAC 

İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb.
AZƏRTAC xəbər verir ki, 673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb.
Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-20 22:02:00