“Airbnb” xidməti ötən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar gəlir gətirib
Afina, 20 iyul, AZƏRTAC
“Airbnb” - dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib.
AZƏRTAC xəbər verir ki, şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm sahəsinin güclənməsində çox mühüm rol oynadığı deyilir. Belə ki, evlərdən başqa ölkədə restoranlar, kafelər və digər əyləncə yerlərindən istifadə olunur və təbliğ edilir.
Xidmətin apardığı araşdırmaya görə, səyahətçilərin 42 faiz xərcləri məhz kirayə götürdüyü evlərin ətraf rayonlarına düşür. Eyni zamanda, qeyd olunur ki, “Airbnb” platforması səyahətin 4 və daha artıq gün üçün uzatmaq imkanı yaradır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır