×
A
A
A
Sazlamalar

Astarada taxıl yığımı başa çatıb

Astara, 19 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda taxıl yığımı kampaniyası başa çatıb.
Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən bu il rayonda 183,7 hektar sahədə taxıl əkilib. Bunun 139,5 hektarını buğda, 44,2 hektarını arpa təşkil edir. Əkilən taxıl sahələrindən 393,26 ton məhsul yığılıb ki, bunun da 309,5 tonunu buğda, 83,76 tonunu arpa təşkil edir.
Buğda sahələrinin hər hektarından 22,2 sentner, arpa sahələrinin hər hektarından isə 18,9 sentner məhsul istehsal edilib.

Regionlar 2019-07-19 19:48:00