Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib
Bakı, 19 iyul, AZƏRTAC
Çinin “Tyanqun-2” kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edib. AZƏRTAC Jenmin Jibao qəzetinin saytına istinadla xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramı yayıb.
Məlumatda deyilir ki, kosmik aparat atmosferin qalın qatlarında yanacaq və onun ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.
Çəkisi 8,6 ton olan “Tyanqun-2” kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. “Tyanqun-2” kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.
Çinin bundan əvvəl kosmosa göndərdiyi 8 tonluq “Tyanqun-1” kosmik laboratoriyası isə ötən ilin yazında öz missiyasını başa çatdırıb və atmosferin qalın qatlarında yandıqdan sonra onun parçaları həmin il aprelin 2-də Yerə düşüb.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır