Pakistanda sel və daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb
Bakı, 19 iyul, AZƏRTAC
Pakistanın Hayber-Paxtuntxva əyalətində bir neçə gün davam edən intensiv yağışların toy mərasimi keçirilən balkonu yuyub aparması nəticəsində 14 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. AZƏRTAC Dawn informasiya portalına istinadla xəbər verir ki, təbii fəlakət zamanı 53 nəfər də yaralanıb.
Əyalətin rəsmiləri bildiriblər ki, Aşağı Orakzay rayonunda toy mərasimi zamanı sel sularının balkonu uçurması nəticəsində ölənlərin cəsədləri tapılıb. Buradakı 60 nəfəri isə xilas etmək mümkün olub. Yaralı sayının artması ilə bağlı Kalaya və Muşti hospitallarında fövqəladə iş rejimi elan edilib.
Bundan başqa, daşqınlar zamanı əyalətdə daha 15 ev suyun altında qalıb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir. Peşəvardakı Çarsədda rayonunda məktəb binasının uçması nəticəsində də 11 nəfər həyatını itirib. Əyalətin digər rayonları da sel və daşqınların dağıdıcı fəsadları ilə üz-üzə qalıb. Hayber-Paxtuntxvanın birinci naziri Mahmud Xan dövlət qurumlarına musson yağışları dövründə fövqəladə hallara hazır olmaq barədə göstəriş verib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır