×
A
A
A
Sazlamalar

“Azərişıq” ASC-nin rəhbərliyi Zaqatalada vətəndaşlarla görüşəcək

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 19-da saat 10:00-da “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.

Regionlar 2019-07-18 18:13:00