×
A
A
A
Sazlamalar

Sumqayıtda dezinfeksiya və deratizasiya işləri aparılır

Sumqayıt, 18 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, eyni zamanda, bir sıra xəstəliklərin yaranmasına zəmin yaradır.
Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çoxmənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və deratizasiya tədbirləri həyata keçirilir.
Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

Regionlar 2019-07-18 12:57:00