×
A
A
A
Sazlamalar

Pirallahıdakı yeni yaşayış massivinə təbii qazın verilməsi məhdudlaşdırılacaq

Bakı, 18 iyul, AZƏRTAC

Bu gün səhər saat 10:00-dan etibarən işlər yekunlaşanadək Pirallahı rayonunun yeni yaşayış massivində qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır. İşlər tamamlanana qədər təqribən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Neft - qaz 2019-07-18 10:33:00