×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib

Bakı, 17 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücuma münasibət bildirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında Türkiyənin İraqın Ərbil şəhərindəki konsulluq əməkdaşlarına qarşı təşkil edilmiş mənfur hücumu pisləyib və şəhid olan əməkdaşa Allahdan rəhmət diləyib. Bildirib ki, hücumu təşkil edənlərin qısa zamanda tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir.

Dünya 2019-07-17 21:30:00