Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 33 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975169,000 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar avqustun 14-də ödəniləcək.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb