×
A
A
A
Sazlamalar

Cəlilabadda 24 yaşlı qız itkin düşüb

Cəlilabad, 17 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Üçtəpə kənd sakini 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova dekabrın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aytəkin Həbibovanın boyu 160 santimetr, orta bədən quruluşludur. Onun gözlərinin rəngi qonur, saçları qaradır.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinin 025 245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Regionlar 2019-07-17 17:37:00