×
A
A
A
Sazlamalar

Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var

Ankara, 17 iyul, AZƏRTAC

Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşları restoranda terrorçuların hücumuna məruz qalıblar.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla bildirir ki, hücum nəticəsində ölən və yaralananlar var.
Türkiyə tərəfi hadisə barədə hələlik rəsmi açıqlama verməyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-17 16:25:00