×
A
A
A
Sazlamalar

Rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində məhsul buraxılışı artıb

Bakı, 17 iyul, AZƏRTAC

Yarım ildə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 534,5 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 5,7 faiz, kimya sənayesində 30,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 30,8 faiz artıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 86,8 faiz, propilen istehsalı 57 faiz, etilen istehsalı 18,7 faiz, yod istehsalı 7,5 faiz, polietilen istehsalı 1,2 faiz artıb. Plastik boruların istehsalı 5,4 dəfə, butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalı 2,8 dəfə çoxalıb.

Sənaye 2019-07-17 14:56:00