×
A
A
A
Sazlamalar

Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb

Kiyev, 17 iyul, AZƏRTAC
Ukraynanın populyar “5 kanal” televiziyası Azərbaycan haqqında növbəti reportajını yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Naftalan müalicəvi kurort turizm mərkəzi barədə geniş məlumat verilib. Qeyd edilib ki, bir çox xəstəliklərin müalicəsində istifadə olunan Naftalan nefti dünyada tanınır. Naftalanda xarici turistlərdən alınan müsahibələrdə onun üstünlüyü barədə tamaşaçılara geniş məlumat verilir.
Naftalanda yaradılan şəraitə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi vurğulayıb.
Reportajda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Naftalan neftinin üstünlüklərindən danışıb, milli sərvətlərimizin xalqımızın rifahının inkişafına yönəldildiyini qeyd edib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2019-07-17 11:30:00