×
A
A
A
Sazlamalar

Pakistan Hindistanın kommersiya aviareysləri üçün öz hava məkanını açıb

İslamabad, 16 iyul, AZƏRTAC

Pakistan bir neçə aylıq məhdudiyyətdən sonra iyulun 16-dan Hindistanın bütün kommersiya aviareysləri üçün öz hava məkanını açıb.
AZƏRTAC Pakistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, qadağa Hindistandan Pakistanın hava məkanı ilə Hindistanın digər məntəqələrinə uçan təyyarələrə də şamil edilib.
Xatırladaq ki, Pakistanla Hindistan arasında münasibətlər bu il fevralın 14-də Hindistanın Cammu və Kəşmir ştatında kamikadzenin özünü hərbi polisin yaxınlığında partlatdıqdan sonra daha da gərginləşmişdi. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini regionda fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürmüşdü.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2019-07-16 11:05:00