×
A
A
A
Sazlamalar

Dövlət hesabına hüquqi yardım göstərmək istəyən vəkillər Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edə bilərlər

Bakı, 15 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2019-cu il 10 iyul tarixli qərarı ilə vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına həyata keçirilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardımın növbəlilik qaydasında həyata keçirilməsinin vahidləşdirilməsi barədə önəmli qərar qəbul edilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, həmin qərarın qəbul edilməsində məqsəd dövlət hesabına hüquqi yardımın vəkillər tərəfindən növbəlilik üzrə həyata keçirilməsi işinin bir mərkəzdən təşkil edilməsi, bununla çevikliyin, vətəndaş məmnunluğunun təmin olunması, formal vəkilliyə son qoyulması, aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi işinin təkmilləşdirilməsi, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənişlər üzrə gecikmələrin aradan qaldırılması, dövlət hesabına hüquqi yardımın göstərilməsində vəkillərin könüllülük prinsipi əsasında cəlb edilməsindən ibarətdir.
Dövlət hesabına hüquqi yardım göstərmək arzusunda olan vəkillər 2019-cu il noyabrın 1-dək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə elektron qaydada müraciət edə bilərlər (elektron poçt ünvanı: [email protected]).

Sosial 2019-07-15 19:16:00