×
A
A
A
Sazlamalar

Ukraynanın Çernovtsı vilayətində arxeoloji qazıntılar zamanı türk məscidinin qalıqları aşkarlanıb

Kiyev, 15 iyul, AZƏRTAC
Ukraynanın Çernovtsı vilayətinin Xotinsk qəsrində arxeoloqların ekspedisiyası zamanı XVIII əsrə aid türk məscidinin qalıqları aşkarlanıb.
AZƏRTAC UKRİNFORM-a istinadla xəbər verir ki, bu barədə ekspedisiyanın rəhbəri Nikolay İlkiv məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildən başlanan qazıntı işləri zamanı aparılan tədqiqatlar bu il də davam etdiriləcək. N.İlkiv bildirib ki, qazma zamanı qədim türk məscidinin qalıqları ilə yanaşı, daha qədim dövrə aid, xüsusilə daş dövrü, Tripol mədəniyyəti, slavyan-rus dövrünə aid qalıqlar da aşkarlanıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-07-15 18:33:00