×
A
A
A
Sazlamalar

Yunanıstan adaları “2019-cu ildə Avropanın ən yaxşı adaları” adını qazanıb

Afina, 15 iyul, AZƏRTAC
ABŞ-ın “Travel and leisure” nüfuzlu səyahət jurnalının oxucuları arasında aparılan sorğuya əsasən Yunanıstanın “Milos” adası “2019-cu ildə Avropanın ən yaxşı adaları” nominasiyasında birinci yeri qazanıb.
AZƏRTAC xəbər verir ki, bundan əlavə, yunan adaları Avropanın 15 ən yaxşı adaları siyahısına da daxil edilib. Belə ki, Krit adası 2-ci, Paros 4-cü, Santorini 5-ci yerləri qazanaraq Yunanıstanı bu nominasiyada birinci edib. Eyni zamanda, bu dörd ada dünyada ən yaxşı adalar siyahısında da (Milos dördüncü, Krit yeddinci, Paros on birinci, Santorini on dördüncü) yer alıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-07-15 16:40:00