×
A
A
A
Sazlamalar

Mərkəzi Bankda Ani Ödənişlər Sistemi ilə bağlı müzakirələr aparılıb

Bakı, 15 iyul, AZƏRTAC
Mərkəzi Bankda Ani Ödənişlər Sistemi müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qurumun “Komplayns” Ekspert Qrupunun Mərkəzi Bankda görüşü keçirilib. Görüşdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulan Ani Ödənişlər Sistemi ilə bağlı müzakirə aparılıb.
Görüşdə Mərkəzi Bank rəsmiləri ilə yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Monitorinqi Xidmətinin rəsmiləri də iştirak ediblər.

Maliyyə 2019-07-15 16:24:00