×
A
A
A
Sazlamalar

Nazirlik: Vergi bəyannamələrinin təqdim edilməsinin sonuncu günü iyulun 22-dir

Bakı, 15 iyul, AZƏRTAC

Vergiödəyicilər bu ilin iyun ayına görə, ƏDV, aksiz, yol və mədən vergisi bəyannamələrini iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənməlidir.
İyulun 20-si qeyri-iş gününə düşdüyü üçün bu ay üzrə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsinin sonuncu günü iyulun 22-dir.

Maliyyə 2019-07-15 12:18:00