Naxçıvanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 133,4 milyon manatı ötüb
Naxçıvan, 13 iyul, AZƏRTAC
Cari ilin 6 ayında muxtar respublikada kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133 milyon 451 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
Nazir Bəhruz Bayramov bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir.
Diqqətə çatdırılıb ki, iyulun 1-nə muxtar respublikanın 87 kəndindəki ailə təsərrüfatlarında 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailəsi, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, müxtəlif təyinatlı 32 kənd təsərrüfatı maşın və mexanizmi olub.
Qeyd edilib ki, “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə muxtar respublikaya 309-u bu ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilib. Onlardan 172-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2-si isə nağd yolla satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3377 texnika və aqreqat mövcuddur ki, onlardan 354-ü “Naxçıvan Aqrolizinq” ASC-də, qalanları isə hüquqi və fiziki şəxslərdədir.
Sonra məruzə ətrafında çıxışlar olub.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib