×
A
A
A
Sazlamalar

Laşa Darsalia: Gürcüstan ilə Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində sıx əməkdaşlıq edir

Batumi, 12 iyul, AZƏRTAC
Gürcüstan ilə Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” çərçivəsində sıx və səmərəli əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia söyləyib.
L.Darsalia qeyd edib ki, Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də çoxtərəfli formatda çox intensiv əməkdaşlıq edir. İstənilən çoxtərəfli format iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün əlavə imkandır.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Siyasət 2019-07-12 20:34:00