×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Gəncə, 12 iyul, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İyulun 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Gəncə şəhəri və Goranboy rayonunun sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xətlərinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və başqa məsələlərlə bağlı olub.
R.Quluzadə hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Regionlar 2019-07-12 16:34:00