×
A
A
A
Sazlamalar

Yarım ildə Ağsuda 318 yeni iş yeri açılıb

Ağsu, 12 iyul, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, həyata keçirilən aqrar islahatları respublikamızın hər yerində olduğu kimi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təsadüfi deyildir ki, təkcə cari ilin 6 ayında bölgədə 318 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni açılan iş yerlərinin 263-ü daimidir. İş yerlərinin 179-u fiziki şəxslər üzrə, 9-u isə yeni açılan müəssisələrdədir.
Aqrar bölgə olan Ağsuda təkcə aqrar sektorda, o cümlədən baramaçılıq, pambıqçılıq, bostan-tərəvəzçilik sahələrində minlərlə vətəndaş müvəqqəti işlə təmin edilib.

Regionlar 2019-07-12 13:39:00