×
A
A
A
Sazlamalar

Sofi Loren kinoya qayıdır

Bakı, 12 iyul, AZƏRTAC

84 yaşlı məşhur italyan aktrisası Sofi Loren yenidən kameralar qarşısına çıxaraq oğlu Edoardo Pontinin “The Life Ahead” adlı filmində çəkilməyə qərar verib.
AZƏRTAC lavanguardia.com saytına istinadən xəbər verir ki, Loren “Holokostdan” sağ qalan Madam Rosa adlı qəhrəmanı canlandıracaq.
Sözügedən film Roman Qarinin “La vie devant soi” əsəri əsasında bundan əvvəl 1978-ci ildə çəkilib. Budəfəki ekran əsəri isə rejissorun dediyinə görə tam fərqli versiyada təqdim olunacaq.
Filmin çəkilişləri İtalyanın sahil şəhəri olan Baridə artıq başlayıb. Sofi Lorenin dediyinə görə, tamaşaçılar onun ekranda etdiklərini təəccüblə qarşılayacaqlar.
Filmdə rolları ispan aktrisası Abril Zamora, italyan Renato Karpentieri, iranlı Babək Kərimi və Momo rolunda Qays İbrahima canlandıracaqlar.

Mədəniyyət 2019-07-12 12:07:00