Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır
Naxçıvan, 11 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən yaşayış yerində arxeoloji qazıntılar iyulun 1-dən aparılır.
İki hektardan çox əraziyə malik olan yaşayış yerinin əsasən 300 kvadratmetr sahəsində tədqiqatlar davam etdirilir. Qazıntının aparılmasında məqsəd Cənubi Qafqaz ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin, eyni zamanda məskunlaşma tarixinin öyrənilməsidir. Tədqiqatlar zamanı torpaq laylarının altından qədim evlərin qalıqları, ocaq yerləri, obsidian parçaları, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkarlanıb. Tapıntılar içərisində dən daşları tək-tək nümunələrlə təmsil olunur. Keramika məmulatı başlıca olaraq eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Onların əsas xüsusiyyəti Dalmatəpə tipli boyalı və basma naxışlı olmasıdır. Ərazidən aşkarlanan maddi nümunələrə əsaslanan tədqiqatçılar qədim yaşayış yerini Eneolit dövrünün erkən mərhələsinə aid edirlər.
Naxçıvantəpədə arxeoloji tədqiqatlar bu ayın sonunadək davam edəcək.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib