×
A
A
A
Sazlamalar

Türkiyənin əsas xam neft idxalçısı “Tüpraş” holdinqi İrandan tədarükü dayandırıb

Bakı, 11 iyul, AZƏRTAC

Türkiyənin əsas xam neft idxalçısı olan “Tüpraş” holdinqi İrandan neft tədarükünü dayandırıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın sanksiyalarıdır.
Rəsmi Vaşinqton İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Türkiyənin də olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin bu il mayın 2-dən həmin güzəştin ləğvi ilə əlaqədar “Tüpraş”ın İrandan neft tədarükünü dayandığı bildirilir.
Xatırladaq ki, 2018-ci ildə İran Rusiya və İraqla birgə Türkiyənin ən çox neft idxal etdiyi 3 ölkədən biri olub.

 

Dünya 2019-07-11 18:54:00