×
A
A
A
Sazlamalar

Afrində partlayış nəticəsində 8 nəfər həlak olub, 38 nəfər yaralanıb

Bakı, 11 iyul, AZƏRTAC
Suriyanın şimal-qərbində yerləşən Afrin şəhəri yaxınlığında minalanmış neft sisterni daşıyan yük maşınının partladılması nəticəsində azı 8 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Azad Suriya Ordusu” qruplaşması məlumat yayıb.
İnsident Afrin şəhərinin şimalındakı Tirende yolunda qeydə alınıb. Partlayışdan sonra sisterndən dağılan neft güclü yanğına səbəb olub.
Kürd mənbələrinin məlumatına görə, şəhərdə iki partlayış törədilib. Onlardan biri Afrinin mərkəzindəki Əl-Filat küçəsində, digəri isə şəhərin yaxınlığında yerləşən Tirende kəndində baş verib.

Dünya 2019-07-11 13:35:00