×
A
A
A
Sazlamalar

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Ankara, 10 iyul, AZƏRTAC

Türkiyədə çox sayda insan ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Manisa vilayətinin Salihli rayonu ərazisində sərnişin avtobusu ilə mikroavtobus toqquşub. Nəticədə 5 nəfər ölüb, altı nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-10 21:03:00