×
A
A
A
Sazlamalar

İngiltərə və Fransa Suriyaya əlavə hərbi qüvvə göndərəcək

London, 10 iyul, AZƏRTAC

İngiltərə və Fransa Suriyaya əlavə hərbi qüvvə göndərəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransa və İngiltərədən istəyib. Səbəb isə Suriyanın şimalından Amerika əsgərlərinin geri çəkilməsi və ərazidə İŞİD-in yenidən meydana gəlməsinin qarşısının alınmasıdır.
Beləliklə, ABŞ ordusu Suriyadan tam çəkilə biləcək.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-07-10 20:10:00