“Saudi Aramco” neft hasilatının artırılması üçün 18 milyard dollarlıq müqavilələr imzalayıb
Ər-Riyad, 10 iyul, AZƏRTAC
“Saudi Aramco” şirkəti Səudiyyə Ərəbistanındakı “Mərcan” və “Berri” neft yataqlarının istehsal gücünün artırılması məqsədilə yerli və beynəlxalq servis şirkətləri ilə 18 milyard dollarlıq müqavilələr imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Saudi Aramo”nun prezidenti və baş icraçı direktoru Məhəmməd Amin Həsən Al-Nasir deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın milli neft şirkəti mühəndis, tikinti və digər servis şirkətləri ilə cəmi 34 müqavilə imzalayıb.
Belə ki, “Mərcan” neft yatağında neft emalı zavodunun və 24 dəniz platformasının tikintisi nəzərdə tutulur. “Berri” layihəsi çərçivəsində isə neft-qaz emalı zavodunun inşası planlaşdırılır. Hər iki yataqların istehsal gücü ümumilikdə - neftin sutkada 0,55 milyon barrel və qazın 2,5 milyard kubfutadək artacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır