×
A
A
A
Sazlamalar

Yaponiya əhalisinin sayı 124,8 milyon nəfərə geriləyib

Tokio, 10 iyul, AZƏRTAC 

İlin əvvəlində Yaponiya əhalisinin sayı 124,8 milyon nəfərə geriləyib.
AZƏRTAC Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin əvvəlindəki göstərici ilə müqayisədə 433,2 min nəfər azdır. Bildirilir ki, Yaponiya əhalisinin sayı 10 ildir ki, fasiləsiz olaraq azalır.
Nazirliyin bildirdiyinə görə, bu zaman söhbət ölkənin yapon əhalisindən gedir. Bundan fərqli olaraq, əcənəbilərin sayı artmaqda davam edir. Cari ilin əvvəllərində ölkədə rəsmi olaraq yaşayan əcnəbilərin sayı 2,7 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlki müvafiq göstəricidən 6,79 faiz çoxdur.
Eyni zamanda, yaponlar arasında 2018-ci ildə yeni doğulan uşaqların sayı 921 min nəfər təşkil edib. Həmin dövr üçün ölənlərin sayı isə 1 milyon 363 min 564 nəfər olub. Bu rəqəmlər bir daha Yaponiyada əhalinin sayının azaldığını təsdiq edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-07-10 16:45:00