×
A
A
A
Sazlamalar

ABŞ-ın xam neft ehtiyatları azalıb

Bakı, 10 iyul, AZƏRTAC
Ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,13 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 5 milyon barrel geriləmişdi.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Dünya 2019-07-10 11:35:00