×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Fransanın Po şəhəri arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Po, 6 iyul, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Po şəhərində işgüzar səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində səfir Po şəhərinin meri Fransua Bayru ilə görüşüb. Görüşdə iqtisadi, sənaye, kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Po

Siyasət 2019-07-06 11:47:00