×
A
A
A
Sazlamalar

Səyyar kitabxana xidməti tərtərli kitabsevərlər tərəfindən maraqla qarşılanıb

Tərtər, 25 iyun, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Mütaliə edək” adlı səyyar kitabxana xidmətinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin asudə vaxtının səmərəli təşkili, məktəblilərin yay tətilində mütaliəyə marağının artırılması və onların kitabxanalara cəlb edilməsi məqsədilə ilk kitab sərgisi Tərtər şəhərinin mərkəzi meydanında keçirilib. “Açıq kitabxana” layihəsi çərçivəsində təşkil olunan kitabxana xidməti zamanı “İmadəddin Nəsimi - 650”, “Cəlil Məmmədquluzadə - 150”, “Cəfər Cabbarlı - 120”, “İsmayıl Şıxlı - 100” , "Teymur Elçin - 95”, “Tofiq Mütəllibov - 90”, “Abbas Səhhət - 145” başlıqlı sərgilər nümayiş olunub, müxtəlif elm sahələrini əhatə edən kitablar oxucuların istifadəsinə verilib.
Səyyar kitabxana xidməti tərtərli kitabsevərlər tərəfindən maraqla qarşılanıb.

Regionlar 2019-06-25 19:01:00