×
A
A
A
Sazlamalar

Füzuli rayonunda “Hər birimiz bir əsgərik” mövzusunda tədbir keçirilib

Füzuli, 25 iyun, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrının binasında rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının iştirakı ilə “Hər birimiz bir əsgərik” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbirdə məktəbəqədər müəssisələrin kollektivləri, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğundan, Azərbaycan silahlı qüvvələrinin qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri və 2018-ci il Günnüt qələbəsindən söz açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun daha da gücləndiyini diqqətə çatdıran natiqlər işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirdə uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Təqdim edilən hərbi vətənpərvərlik ruhunda şeirlər, mahnılar və rəqslər maraqla qarşılanıb.

Regionlar 2019-06-25 18:22:00