“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb VİDEO
Moskva, 25 iyun, AZƏRTAC
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaranmasının 10 illiyinə həsr olunan Azərbaycan Mədəniyyəti Günündən reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Moskva 24” telekanalı Rusiya paytaxtındakı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağında keçirilən tədbirdən reportaj hazırlayıb. Reportajda tamaşaçılara RAGB-nin sədri Leyla Əliyevanın tədbirdə çıxışının bir hissəsi, habelə Nəbatat bağının direktoru Aleksey Reteyumun müsahibəsi təqdim edilib. Bildirilib ki, bayram tədbiri minlərlə insana Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb.
Reportajda on il ərzində RAGB-nin mötəbər gənclər təşkilatına çevrildiyi vurğulanıb, Birliyin həyata keçirdiyi uğurlu layihələrdən bəhs olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb