×
A
A
A
Sazlamalar

Şotlandiyada şiddətli yağışlar və daşqınlar nəqliyyatın hərəkətində problemlər yaradıb

London, 25 iyun, AZƏRTAC

Şotlandiyada şiddətli yağışlar və daşqınlar nəqliyyatın hərəkətində problemlər yaradıb. Paytaxt Edinburqda və Stirlinq şəhərində yollarda yaranan problemlər nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb, bəzi yerlərdə ağaclar nəqliyyat vasitələrinin üzərinə aşıb.
Sakinlərə daşqınlarla bağlı xəbərdarlıq edilib və fövqəladə vəziyyət yaranarsa təciliyardımdan istifadə etmələri məsləhət görülüb.
Polis sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.


Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-06-25 07:29:00