×
A
A
A
Sazlamalar

Papa Frensisk: Müsəlmanlar sülh şəraitində birgə yaşayışı təmin edən tərəfdaşlarımızdır

Roma, 25 iyun, AZƏRTAC
Roma Papası Frensisk Neapola səfəri zamanı xristianların və müsəlmanların sülh uğrunda bir-birilərini tərəfdaş kimi görməsinin vacib olduğunu söyləyib.
AZƏRTAC İtaliya KİV-lərinə istinadla xəbər verir ki, Papa bu barədə Cənubi İtaliyanın Terezianum İnstitutunda çıxışı zamanı söyləyib. O deyib ki, gələcək naminə müsəlmanlarla dialoqa getmək olduqca zəruridir.
Həmçinin, Papa Aralıq dənizi bölgəsində miqrasiya, dinlərarası və dünyəvi dialoq mövzusunda da çıxış edib.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-06-25 06:00:00