×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Aqrar Universitetinin professor- müəllim heyəti astaralı məzunlarla görüşüb

Astara, 24 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 24-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin professor, müəllim və tələbə heyəti ilə Astara rayonunun orta ümumtəhsil məktəblərin XI sinfini bitirən məzunların görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin təlim-tərbiyə prosesini, maddi-texniki bazasını əks etdirən film nümayiş etdirilib.
Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda aqrar sahənin inkişaf perspektivləri, bu sahənin mütəxəssislərinə olan tələbatdan danışıb.
Qeyd olunub ki, Dövlət Aqrar Universiteti dünyanın ən aparıcı ali təhsil müəssisələri ilə müqayisə oluna biləcək maddi-texniki bazaya və təlim imkanlarına malikdir. Bu gün qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bütün respublikada olduğu kimi, Astara rayonunda da aqrar sahənin mütəxəssislərinə böyük ehtiyac var. Ona görə də bu görüş orta məktəb məzunlarının ixtisas seçimində mühüm rol oynayacaq.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağında tələbələrin təhsil alması üçün yaradılan şəraitdən danışıb, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Universitetin aqronomluq fakültəsinin III kurs tələbəsi Gülanə Nəzərli, I kurs tələbəsi Anar Niftiyev və başqaları tədbirdə çıxış edərək təhsil aldıqları ali məktəb barədə məzunlara məlumat veriblər.
Sonda məzunları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-06-24 19:17:00