Almaniyada iki qırıcı təyyarə havada toqquşub
Bakı, 24 iyun, AZƏRTAC
Bundesferin iki “Eurofighter” tipli qırıcı təyyarəsi Almaniyanın Meklenburq-Ön Pomeraniya federal torpağının səmasında toqquşub.
AZƏRTAC “Focus” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyi hadisə barədə məlumatı təsdiqləyib.
Pilotların katapultdan istifadə etdikləri bildirilir. Hələlik onların yeri məlum deyil. Hadisənin baş verdiyi ərazidə yanğın başlayıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə yollanıb.
Dördüncü nəsil çoxməqsədli “Eurofighter” təyyarələri Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Səudiyyə Ərəbistanı, Avstriya və Omanın Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. 2003-cü ildən başlayaraq, bu təyyarələr NATO-nun demək olar ki, bütün əməliyyatlarında iştirak edib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır