×
A
A
A
Sazlamalar

Bakı Fond Birjasında maliyyə alətləri üzrə bağlanmış əqdlərin dəyəri 7,32 milyard manat olub

Bakı, 24 iyun, AZƏRTAC

Bu il "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 milyard 323 milyon 769 min manat təşkil edib.
AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, son bir ildə bağlanmış əqdlərin sayı 30 min 40 olub. Fondun dövriyyəsinin 5 milyard 767,75 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Səhm bazarı üzrə əqdlərin məbləği 1 milyard 167 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 171 milyon 565 min manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 301 milyon 632 min manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 1 milyard 81,65 milyon manat olub.

Maliyyə 2019-06-24 15:23:00