×
A
A
A
Sazlamalar

Neftin qiyməti Yaxın Şərqdəki proseslər fonunda bahalaşır

Bakı, 24 iyun, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti Yaxın Şərqdəki proseslər fonunda artır.
AZƏRTAC xəbər verir ki, İran-Birləşmiş Ştatlar gərginliyi fonunda ABŞ Prezidenti Donald Trampın İrana genişmiqyaslı əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlaması “qara qızıl”ın qiymətinin 2016-cı ilin sonlarından indiyədək ən böyük həftəlik artım tempini göstərməsinə səbəb olub.
Qeyd edək ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,27 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,87 dollara satılır.

 

Neft - qaz 2019-06-24 13:20:00