×
A
A
A
Sazlamalar

Banqladeşdə qatar relsdən çıxıb: 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Bakı, 24 iyun, AZƏRTAC
Banqladeşdə qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 5 nəfər ölüb, 100-dən çox sərnişin yaralanıb. Yaralıların 20-nin vəziyyəti ağır qiymətləndirilir.
AZƏRTAC Banqladeşin milli xəbər agentliyinə (BSS) istinadla xəbər verir ki, Silhet şəhərindən paytaxt Dəkkəyə gedən qatar Kulaura rayonunda Baramçal dəmir yolu stansiyasının yaxınlığında yerləşən su kanalının üzərindəki körpüdən keçərkən relsdən çıxıb. Nəticədə 5 vaqonlu qatarın 2 vaqonu kanala düşüb.
Hazırda ərazidə xilasedicilər axtarış işləri aparırlar. Ölü və yaralı sayının çoxalmaq ehtimalı böyükdür.

Dünya 2019-06-24 13:05:00