×
A
A
A
Sazlamalar

Qazaxıstanda hərbi hissədə baş verən yanğın səbəbindən şəhər təxliyə edilir VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətində hərbi hissədə baş verən yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Arıs şəhərinin təxliyəsinə başlanıb.
AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayətin rəhbəri Umirzak Şukeev məlumat verib.
“Vilayətdə fövqəladə vəziyyət rejimi elan olunub, bütün rayonlar, yaxınlıqda yerləşən bütün yaşayış məntəqələri səfərbər edilib. İnsidentin miqyasını nəzərə alaraq bütün şəhəri təxliyə etmək məcburiyyətindəyik”, - deyə o bildirib.
Hazırda hərbi hissə yaxınlığındakı evlərin sakinləri təxliyə edilir. Yerli KİV-lər Çımkənd xəstəxanasına artıq ilk yaralıların gətirildiyi barədə xəbər yayıblar.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, yerli vaxtla səhər saat 09:20-də Arıs şəhəri yaxınlığında yerləşən silah anbarlarından birində yanğın baş verib, döyüş sursatları partlamağa başlayıb. Yanğının səbəbləri araşdırılır. Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev hadisənin baş verdiyi əraziyə yollanıb.
Qeyd edək ki, Arıs şəhərində 44,3 min əhali yaşayır.

Dünya 2019-06-24 12:35:00

Video