×
A
A
A
Sazlamalar

Sadi Güven: İstanbuldakı səsvermədə seçicilərin 84,5 faizi iştirak edib

Ankara, 23 iyun, AZƏRTAC

İyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermədə seçicilərin 84,5 faizi iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvən bildirib. Komissiya sədri bildirib ki, səsvermədə iştirak edən seçicilərin 54,21 faizi Əkrəm İmamoğluna, 44,99 faizi Binəli Yıldırıma etimad göstərib. Qalan səslər digər namizədlər arasında bölünüb.
Qeyd edək ki, bu seçkidə İstanbul vilayəti üzrə 10 milyon 570 min 222 vətəndaş səsvermə hüququna malik olub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-24 12:24:00