Qırğızıstanda “Manas və Çingiz Aytmatov Milli Akademiyası” yaradılıb
Bişkek, 24 iyun, АZƏRTAC
Qırğızıstanda “Manas və Çingiz Aytmatov Milli Akademiyası” yaradılıb.
AZƏRTAC xəbər verir ki, Topçubek Turqunaliev Akademiyanın prezidenti, böyük qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Eldar Aytmatov isə vitse-prezidenti təyin olunub.
Yeni akademiyada xalqın mənəvi irsi olan “Manas” eposunun və Çingiz Aytmatovun irsinin qorunması, müasir dövrdə gənc nəsil arasında geniş yayılması, hərtərəfli tədqiqi, eposdakı ideyaların dünya miqyasında təbliği, eposun istedadlı ifaçılarının yetişdirilməsi nəzərdə tutulub.
Akademiyada “Manas” eposu və Çingiz Aytmatovla bağlı elmi konfransların keçirilməsi, dövri və tematik nəşrlərin çap edilməsi, audio, tədris, elmi materialların hazırlanması, sərgilər təşkil edilməsi, suvenirlərin buraxılması da həyata keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır