×
A
A
A
Sazlamalar

Kamerunda ağır yol qəzası nəticəsində 22 nəfər ölüb

Bakı, 24 iyun, AZƏRTAC

Kamerunun qərb bölgəsində yerləşən Baham yaşayış məntəqəsinin yaxınlığında avtobusla yük maşını toqquşub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həlak olub, bir neçəsi isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Regionun qubernatoru Ava Fon Auqustin bildirib ki, qəza avtobus sürücüsünün əks tərəfin yoluna çıxması nəticəsində baş verib.

 

Dünya 2019-06-24 07:31:00