×
A
A
A
Sazlamalar

Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ olub

Tokio, 24 iyun, AZƏRTAC

İyunun 24-də yerli vaxtla saat 9:11 dəqiqədə Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Çiba prefekturasının cənub sahillərində, ocağı 58 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.
Paytaxtda hiss edilən təkanların gücü Yaponiyanın yeddi ballıq zəlzələ cədvəlinə görə 4 bala çatıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-24 07:03:00